Türkiyənin Şırnak vilayətində PKK/KCK terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 15 nəfər şübhəli şəxs qismində saxlanıb.
Onlardan 5-i həbs olunub. 9 nəfər barədə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Digər 1 şübhəli barədə isə istintaq tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə
