Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı canlı qüvvə itkisinin sayı 204 360 nəfərə çatıb.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, son suktada Rusiya ordusunun 480 hərbçisi məhv edilib.
Qeyd edək ki, Rusiya Ukrayna ilə müharibədə 3789 tank, 7 419 zirehli maşın, 2 748 operativ-taktiki PUA, 3318 artilleriya sistemi, 565 reaktiv yaylım atəşi sistemi, 327 hava hücumundan müdafiə sistemi, 1015 qanadlı raket, 309 təyyarə, 295 helikopter, 18 gəmi/qayıq, 6 139 avtomobil və tanker, 433 xüsusi texnika itirib.
Şəbnəm Mehdizadə
