Məzmuna keç

Hərbi Administrasiya: “Avdiivkaya raket hücumu olub, yaralılar var”

"Rus işğalçıları Donetsk vilayətinin Avdiivka rayonuna raket hücumu edib"

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Avdeyevka şəhər Hərbi Administrasiyasının rəhbəri Vitali Barabaş deyib.

Onun sözlərinə görə, hücum nəticəsində doqquzmərtəbəli yaşayış binası dağılıb, insanlar dağıntılar altında qalıb.

Administrasiya rəhbəri 2 nəfərin yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.

Şəbnəm Mehdizadə