Türkiyənin Muğla şəhərində avtomobil yolu çöküb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Menteşe rayonunda yağan güclü yağış nəticəsində avtomobil yolunun 20 metri çöküb.
Sürücülərin məlumatı əsasında əraziyə baxış keçirilib.
Bir istiqamət üzrə bağlanan yolda təmir işlərinə başlanılıb.
Şəbnəm Mehdizadə
