Nigeriyanın cənub-şərqindəki Ebonyi əyalətində polis məntəqəsinə hücum edilib.
E-huquq.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hücum nəticəsində 3 polis həlak olub, 1 nəfər isə yaralanıb.
Hadisə yerinə xeyli sayda təhlükəsizlik qüvvələri göndərilib. Aparaılan əməliyyat tədbirləri nəticəsində silahlı hücumu həyata keçirənlərdən 2-i məhv edilib, digərləri isə saxlanılıb.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürüb.
Şəbnəm Mehdizadə
