- 18:02
Türkiyənin Çorum şəhərində poladtökmə zavodunda partlayış olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.
Yaralılar təcili yardım maşınları ilə Hitit Universiteti Erol Olçok Tədris və Araşdırma Xəstəxanasına və şəhərdəki özəl xəstəxanaya aparılıb.
Onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə