- 17:45
Türkiyənin Konya şəhərində sərnişin avtobusu ilə yük maşını toqquşub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb.
Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub.
Yaralılar Seydişehir Dövlət Xəstəxanasına aparılıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Şəbnəm Mehdizadə