Hərbi Administrasiya: "Dnepropetrovsk raket və PUA-larla atəşə tutulub"


  • 26 May 10:21

"Mayın 26-na keçən gecə Rusiya ordusu Dnepropetrovsk vilayətinə 5 qanadlı raket və 6 “Shahed” pilotsuz uçan aparatı atıb".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak deyib.

"Kütləvi hücum zamanı zərbə Dnepr şəhərinə dəyib. Fərdi təsərrüfatlardan birində yanğın baş verib. 2 ev və bir avtomobil yanıb. Həmçinin iki özəl müəssisədə yanğın olub. Yanğın xilasedicilər tərəfindən söndürülüb. Hücuma məruz qalan yanacaqdoldurma məntəqəsində isə 1 nəfər yaralanıb", - Administrasiya rəhbəri bildirib.

Onun sözlərinə görə, Nikopol bölgəsi də PUA-nın zərbələrindən zərər çəkib: "Ruslar Marqanets camaatını atəşə tutdular. İlkin məlumatlara görə, heç kim xəsarət almayıb".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər