- 18:57
"Ötən sutka ərzində Xerson vilayətində düşmən ordusu xeyli itki verib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığının məlumatında bildirilib.
Qeyd olunub ki, Ukraynanın raket-artilleriya bölmələri düşmən qüvvələrinin cəmləşdiyi ərazilərə güclü zərbələr endirib.
"Nəticədə rus işğalçıları Xerson vilayətində üç iriçaplı silahı, bir minaatan, üç müxtəlif tipli pilotsuz kəşfiyyat aparatı, bir təchizat məntəqəsi və PUA-nın yerüstü idarəetmə məntəqəsini itirib. Düşmənin 8 zirehli texnikası, həmçinin 19 rus əsgəri məhv edilib", - Komandanlığın məlumatında deyilir.
Şəbnəm Mehdizadə