Bu il Türkiyədən 40 minə yaxın qanunsuz miqrant deportasiya edilib


  • 26 May 2023 18:22

Cari ilin 5 ayı ərzində Türkiyədən 39 576 qeyri-qanuni miqrant deportasiya edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi məlumat yayıb.

Son 12 ayda isə ümumilikdə 134 602 qanunsuz miqrant deportasiya edilib.

Türkiyəyə qeyri-qanuni yollarla daxil olanların aşkarlanması və deşifrə edilməsi istiqamətində aparılan araşdırmalar nəticəsində 42 738 qeyri-qanuni miqrant yaxalanıb. Sərhəddə görülən tədbirlər nəticəsində 96 785 qeyri-qanuni miqrantın ölkəyə qeyri-qanuni girişinin qarşısı alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər