Harvard Universitetinin kitabxanasında insan dərisi ilə cildlənmiş 3 hüquq kitabı var.
E-huquq.az-ın məlumatına görə, həmin kitabların biri Roma şeirləri, digəri Fransız fəlsəfəsi və üçüncüsü isə orta əsrlər İspan hüququna aiddir. Kitabxanada yerləşən kitabın üz dərisinin 1880-ci ildə bir qadının kürək nahiyyəsindən götürüldüyü ehtimal olunur. Bu kitablar əsasən ölümə məhkum olunmuş insanların dərisindən hazırlanıb.
Alimlər 17-ci əsrdə kitabların insan dərisi ilə üzlənməsinin məşhur olduğunu bildiriblər.
