- 19:10
Türkiyənin Kütahya vilayətində güclü yağış daşqına səbəb olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Simav rayonunda 67 evi və yeməkxananı su basıb. Köməksiz vəziyyətdə qalan 11 nəfər xilas edilib.
Məlumata görə, 2 saatdan çox davam edən şiddətli yağış nəticəsində 20 baş heyvan tələf olub.
Yeşilköyün Gökçeler və Muradınlar bölgələrində əkin sahələri su altında qalıb.
Şəbnəm Mehdizadə