ABŞ "WikiLeaks"saytının təsisçisi Culian Assanja qarşıdaha 17 maddə üzrə ittiham irəli sürüb.
E-huquq.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, C.Assanj casusluq haqqında qanunu pozmaqda ittiham edilir.
ABŞ-ın Ədliyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, "WikiLeaks" təsisçisini ona qarşı irəli sürülən yeni ittihamlarla 175 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, "WikiLeaks" saytının yaradıcısının məhkəməsi mayın 30-da davam etdiriləcək.
