- 29 Noyabr 16:50
Noyabrın 19-da Braziliyanın cənub-şərqindəki Minas Gerais əyalətinin Arakuai bölgəsində 44,8 dərəcə selsi temperatur qeydə alınıb və bu ölkədə indiyə qədər qeydə alınan ən yüksək temperatur olub.
E-huquq.az xəbər verir ki, bu barədə "CNN Brasil" Braziliya Milli Meteorologiya İnstitutuna (INMET) istinadən məlumat yayıb.
Daha əvvəl ölkədə rekord göstərici 2005-ci ildə 44,7 dərəcə selsi olaraq qeydə alınıb.
Mütəxəssislər mövsümi normalardan yüksək hava şəraitinin "El Nino" təbiət hadisəsinin yaratdığı iqlim dəyişikliyi ilə əlaqələndirirlər.
Şəbnəm Mehdizadə