Türkiyədə yaşayış evindən 45 ton zibil çıxarılıb


  • 7 Dekabr 2023 16:06

Türkiyənin Əskişəhər şəhərində yaşayış evindən təxminən 45 ton zibil çıxarılıb.

E-huquq.az xəbər verir ki, Əskişəhərin Odunpazarı Bələdiyyəsindən verilən məlumata görə, ətrafdakı sakinlər Vişnelik məhəlləsində ana və oğulun yaşadığı mənzildən gələn pis qoxulardan şikayətləniblər.

Bununla əlaqədar olaraq Şəhər Gigiyena Şurasının qərarı ilə Bələdiyyə Təmizlik İşləri İdarəsi və polis qrupları həmin ünvana göndərilib.

Komandalar evin bütün otaqlarında və bağçasında uzun müddətdir yığılıb qalan tullantıların çıxarılması üçün işlərə başlayıb.

Çürük ərzaq məhsulları, paltarlar, plastik butulkalar, qutular, çantalar və kağızlardan ibarət zibil yığılıb.

Bildirilib ki, 45 ton zibil çıxarılan ev təmizləyənək və yaşayış üçün yararlı hala gətiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər