Bodrum sahillərində 136 qanunsuz miqrant xilas edilib


  • 11 Dekabr 2023 10:09

Türkiyənin Muğla şəhərində qanunsuz miqrantlar saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Muğlanın Bodrum sahillərində içərisində qanunsuz miqrantların olduğu iki qayığın mühərriki xarab olub və onlar dənizdə köməksiz vəziyyətdə qalıb.

Əraziyə dərhal Sahil Mühafizəsi Komandanlığın əməkdaşları göndərilib. Xilasedicilər rezin qayıqda olan 53, yelkənli qayıqda isə 83 qanunsuz miqrantı xilas edərək sahilə çıxarıb.

Əməliyyat zamanı, həmçinin miqrant qaçaqmalçısı olduğu iddia edilən 3 şübhəli şəxs yaxalanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər