İraqda məhkəmə terrorçu İŞİD qruplaşmasına üzvlükdə ittiham olunan Fransa vətəndaşı barəsində edam hökmü çıxarıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu iraqlı hüquqçu Tariq Harb bildirib.
O deyib ki, məhkəmə bu qərarı terrora qarşı mübarizə qanununa əsasən qəbul edib.
Barəsində edam hökmü çıxarılan da daxil olmaqla 4 ay əvvəl Fransanın 3 vətəndaşı Suriyadan İraqa təhvil verilib. Onlar barədə də edam hökmü çıxarılıb.
