İzmirdə 159 qanunsuz miqrant xilas edilib


  • 21 Fevral 11:12

Türkiyənin İzmir şəhərində 159 qanunsuz miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Məlumata görə, İzmirin Karaburun sahillərində rezin qayıqlarda bir qrup şəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Təhlükəsizlik gəmiləri göndərilib.

Komandalar Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan 2 rezin qayıqdakı 92 qanunsuz miqrantı xilas edib.

Foça sahillərində isə mühərriki xarab olan və dənizdə köməksiz vəziyyətdə qalan qayıqdakı 67 qanunsuz miqrant xilas edilərək sahilə çıxarılıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər