Türkiyədə ağır qəza, 6 nəfər yaralanıb


  • 4 Mart 15:07

Türkiyənin Mersin şəhərində iki avtomobilin toqquşduğu qəza nəticəsində 6 nəfər xəsarət alıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Mersinin Tarsus rayonunda baş verib.

Qəza yerinə təcili tibbi yardım, polis, jandarma və bələdiyyənin xilasetmə əməkdaşları bölgəyə cəlb olunub.

Yaralılar sağlamlıq qrupları tərəfindən Tarsus Dövlət Xəstəxanasına aparılıb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər