Bu gün Latviya Seyminin keçirilən növbədənkənar iclasında hakim partiyadan prezidentliyə namizədliyi irəli sürülən Avropa Məhkəməsinin hakimi Eqil Levits prezident seçilib.
E-huquq.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, onun namizədliyini 61 deputat dəstəkləyib. Levits iyulun 8-dən, hazırkı dövlət başçısı Raymond Beyonisin səlahiyyət müddəti bitdiyi gündən etibarən ölkəyə rəhbərlik edəcək.
Qeyd edək ki, 1955-ci il təvəllüdlü yeni prezident Valdis Birkavsanın hökumətində ədliyyə naziri və baş nazir işləyib. Onun istefasından sonra Levits də siyasətdən gedərək Latviyanın Avstriya, İsveçrə və Macarıstanda səfiri postunda çalışıb.
Latviya 1995-ci ildə Avropa Şurasına üzv olduqdan sonra o, bu təşkilatın hakimi olub. Latviya 2004-cü ildə Avropa Birliyinə daxil olduqda isə AB-nin hakimi təyin edilib. Onun bu vəzifədə səlahiyyət müddəti 2024-cü ildə bitir.
