Məzmuna keç

Dərbənddə silahlılarla toqquşma davam edir, polis rəisi həlak olub –

Dərbənddə silahlılarla toqquşma davam edir.

E-huquq.az xəbər verir ki, bu barədə Respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəhərdə terrorçularla silahlı toqquşma davam edir, köməyə gələn "Dagestanskie Oqni" rayonunun polis idarəsinin rəisi həlak olub.

Qeyd edək ki, Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində terror hücumu baş verib. Mahaçqalada polisə hücum olub, Dərbənddə isə kilsə və sinaqoqa silahlı hücum təşkil olunub.

Nəticədə 7-si polis olmaqla, 9 nəfərin öldüyü, 25 nəfərin yaralanıb.

Milli Antiterror Komitəsi respublika ərazisində əksterror əməliyyatı rejimi tətbiq edib.

***

22.53

Dağıstanda terrorçuların hücumundan sonra ölənlərin sayı 9-a çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Müftiliyi məlumat yayıb.

Bildirilib ki, ölənlərində 7-si hüquq-mühafizə orqanlarının əməkdaşıdır,

25 nəfərin isə yaralandığı qeyd olunub.