"Dena Psixologiya Mərkəzi" cərimələnə bilər


  • 9 Sentyabr 17:26

"Dena Psixologiya Mərkəzi" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Proktokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İş hakim Mirsadiq Seyidovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu xətaya görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər