Məzmuna keç

Gürcüstan xarici işlər naziri Ermənistana səfər edəcək

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili sabah Ermənistana rəsmi səfərə gedəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Boçorişvili Xarici İşlər Nazirliyində ermənistanlı həmkarı Ararat Mirzoyan ilə görüşəcək, bundan sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.