Məzmuna keç

İzmirdə qazanxanada partlayış verib, ölən və yaralılar var

Türkiyənin İzmir şəhərində qazanxanada partlayış baş verib.

E-huquq.az türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış İzmirin Aliağa rayonunda yerləşən tikinti sahəsində baş verib.

Hadisə nəticəsində 1 fəhlə ölüb, 10 fəhlə yaralanıb.

Əraziyə polis və təcili tibbi yardım qrupları göndərilib.

Yaralılar Aliağa Dövlət Xəstəxanasına və Menemen Dövlət Xəstəxanasına aparılıb.

Hadisənin səbəbləri barədə araşdırma aparılır.

Şəbnəm Mehdizadə