Məzmuna keç

Fransada 1000-dən çox insan tıxacda qalıb

Fransanın cənub-şərqindəki Savoya əyalətində qaya parçalarının magistral yola düşməsi nəticəsində 1000-dən çox insan tıxacda qalıb.

E-huquq.z yerli KİV-ə istinadən xəbər verir ki, ötən gün ölkənin Savoya əyalətindəki istirahət mərkəzlərinə gediş-gəlişi təmin edən RN90 magistral yoluna 3 iri qaya parçası düşüb.

Hadisə nəticəsində bir avtomobil sürücüsü xəsarət alıb.

Magistral yolda hərəkət dayanıb və kilometrlərlə avtomobil növbəsi yaranıb.

Hadisə ilə əlaqədar 1000-dən çox insan yaxınlıqdakı sığınacaq mərkəzlərində gecələməli olub.

Savoie qubernatorluğundan yolda təmir işlərinin davam etdiyi bildirilib. Bölgədə nəqliyyatın hərəkətinin bərpası bir neçə gün sonra təmin ediləcək.

Şəbnəm Mehdizadə