Məzmuna keç

Yük maşını ilə mikroavtobus toqquşub, yaralılar var

Türkiyənin Sivas şəhərində yük maşını ilə mikroavtous toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza Sivas-Ankara avtomobil yolunda, Yıldız körpüsü yaxınlığında baş verib.

Hadisə nəticəsində 7 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, xilasetmə, polis və jandarma qrupları cəlb edildi.

Yaralılar təcili tibbi yardım maşını ilə şəhərdəki xəstəxanalara çatdırılıb.

Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

Şəbnəm Mehdizadə