Türkiyə Silahlı Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində Suriyanın şimalında PKK/YPG terror qruplaşmasının 13 terrorçusu zərərsizləşdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: "Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı "Barış pınarı" bölgəsində aşkarladıqları PKK/YPG-nin 13 terrorçusunu zərərsizləşdirdi. Əzm və qətiyyətlə, güzəştə getmədən terrorla mübarizəmizi davam etdirəcəyik".
