Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İranda səfərdədir.
E-huquq.az xəbər verir ki, bu barədə İranın “Təsnim” agentliyi məlumat yayıb.
Bildirilir ki, MİT rəhbəri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan ilə görüşüb.
Görüşdə ikitərəfli əlaqələr, regional hadisələr və Suriyadakı son vəziyyət müzakirə edilib. Tərəflər Türkiyə ilə İran arasında yaxın əlaqələri vurğulayaraq, bir çox məsələlərdə ortaq perspektivə malik olduqlarını bildiriblər.
