Türkiyənin İstanbul şəhərində sexdə güclü yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, 4 mərtəbəli sexin anbar hissəsində naməlum səbəbdən yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürənlər, polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Tüstüdən zərər çəkən iki nəfər xəstəxanaya çatdırılıb.
Ətraf rayonlardan gələn yanğınsöndürənlərin köməkliyi ilə yanğın təxminən 1 saatlıq işdən sonra nəzarətə götürülüb və söndürülüb.
Binaya ciddi ziyan dəyib.
Şəbnəm Mehdizadə
