Məzmuna keç

Antalyada ağır yol qəzası: 24 nəfər yaralanıb

Türkiyənin Antalya şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, Antalyanın Qazipaşa rayonunda şagirdləri daşıyan servis avtobusu ilə yük maşını toqquşub.

Yol qəzasında 21-i şagird olmaqla 24 nəfər xəsarət alıb.

Yaralılar Qazipaşa Dövlət Xəstəxanasına aparılıb.

Onların səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə