Məzmuna keç

Tayvanda ticarət mərkəzində partlayış olub: ölənlər və yaralılar var

Tayvanda ticarət mərkəzində baş verən partlayış baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Tayvanın Tayçunq şəhərində təmir işləri aparılan "Şin Konq Mitsukoşi" ticarət mərkəzinin 12-ci mərtəbəsində güclü partlayış baş verib.

Hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bölgəyə polis, təcili yardım və yanğınsöndürmə briqadaları göndərilib.

Partlayışın restoranda qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.

Tayvan lideri Lai Çinq-te partlayışın səbəblərinin araşdırılmasına dair tapşırıq verib.

Ticarət mərkəzinin ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Şəbnəm Mehdizadə