Türkiyədə kişi arvadı üçün boşanma ərizəsi yazan şəxsin iş yerinə hücum edib.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, hadisə Konya şəhərində qeydə alınıb.
Belə ki, İsmayıl C. adlı şəxs ötən gün yerli vaxtla saat 04:00 radələrində dostları İsmayıl A. və M.E.S. ilə birlikdə həyat yoldaşı üçün boşanma ərizəsi yazan şəxsin ofisinə hücum edərək odlu silahdan atəş açıblar.
Həmin şəxslər polis tərəfindən saxlanılıb.
Məhkəməyə gətirilən şübhəlilərdən İsmayıl C. və İsmayıl A. həbs edilib, yetkinlik yaşına çatmayan M.E.S. isə sərbəst buraxılıb.
Şəbnəm Mehdizadə
