Türkiyədə vəkillər kollegiyalarının rəhbərləri ölkənin ədliyə naziri Yılmaz Tuncun qonağı olub.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Mersin Barosu Başçısı Qazi Özdemir və Kastamonu Barosu Başçısı Özgür Dəmir vəkillərin problemlərini və tələblərini nazirinin diqqətinə çatdırıblar
Ədliyyə naziri Yılmaz Tunç görüşdən məmnunluğunu ifadə edib.
"Məhkəmə sisteminin qurucu elementlərindən biri olan vəkillərimiz və vəkillik peşəsinin daha da gücləndirilməsi istiqamətində apardığımız işlərlə bağlı qiymətləndirmələr etdik. Kollegiya sədrlərinə xoş səfərlərinə görə təşəkkür edirəm", – deyə o bildirib.
Şəbnəm Mehdizadə
