- 22 Fevral 22:33
Türkiyənin Ankara şəhərində taxta sexində yanğın baş verib.
E-huquq.az xəbər verir ki, Ankaranın Sincan rayonunda yerləşən fabrikdə naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə xilasetmə, təcili yardım və polis qrupları cəlb edilib.
Təxminən 2 saat sonra yanğın nəzarət altına alınıb.
Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə