Məzmuna keç

Avstriyada bıçaqlı hücum: ölən və yaralılar var

Avstriyada bıçaqlı hücum olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Avstriyanın Villach şəhərində suriyalı miqrant küçədə insanlara bıçaqla hücum edərək 1 nəfəri öldürüb, 6 nəfəri yaralayıb.

Hadisə şahidləri 23 yaşlı hücumçunun hücum zamanı və daha sonra güldüyünü bildirib.

42 yaşlı şəxs hücumun qarşısını almaq üçün maşını onun üzərinə sürüb.

Avstriya rəsmiləri hadisə ilə bağlı terror təhqiqatına başlayıb.

Avstriya Daxili İşlər Nazirliyi hücumçunun İŞİD terror təşkilatına üzv olduğunu açıqlayıb.

Şəbnəm Mehdizadə