Türkiyənin Tunceli şəhərinə yağan güclü qar bir sıra fəsadlar törədib.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, gecə saatlarından etibarən yağmağa başlayan güclü qar şəhərin bir sıra bölgələrində gediş-gəlişi çətinləşdirib.
82 kənd yolu isə tamamilə bağlanıb.
Bələdiyyə işçiləri yağan qarı küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları qarşısından təmizləyirlər.
Şəbnəm Mehdizadə
