Türkiyənin Bursa şəhərində evdə baş verən yanğın nəticəsində 1 nəfər ölüb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bursanın Nilüfer rayonunda bir nəfər bağ evində sobanı yandırmaq üçün benzin töküb.
Benzinin qəfil alışması nəticəsində evdə yanğın başlayıb.
Bölgəyə yanğınsöndürənlər, təcili yardım və polis qrupları göndərilib.
Əraziyə gedən qruplar yanğını söndürüb və 2 nəfəri evdən çıxarıblar.
Xəstəxanaya çatdırılan yaralılardan biri dünyasını dəyişib, digərinin isə vəziyyəti ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
