Məzmuna keç

İstanbulda bu tarixlərdə əksər uçuşlar təxirə salınacaq –

Türkiyənin İstanbul şəhərində hava şəraiti ilə əlaqədar olaraq uçuşlar ləğv edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türk Hava Yolları məlumat yayıb.

Metorologiya İdarəsinin məlumatına əsasən, növbəti 2 gün ərzində İstanbulda hava şəraiti daha da kəskinləşəcək və güclü qar yağacaq.

Hava şəraitinin kəskinləşməsi ilə əlaqəli olaraq İstanbul və Sabiha Gökçen hava limanlarında lazımi tədbirlər görülüb.

Görülən tədbirlər çərçivəsində qarşıdakı 2 gün ərzində İstanbul hava limanından qalxan 350-ə yaxın uçuş ləğv edilib.

Sərnişinlər uçuşlarının statusunu yoxlamaq və biletin qaytarılması və ya yenidən bron edilməsi ilə bağlı aviaşirkətin rəsmi internet səhifəsinə daxil ola bilər.

Şəbnəm Mehdizadə