Türkiyənin Dənizli şəhərində idmançıları daşıyan mikroavtobus qəzaya uğrayıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizlinin Buldan rayonunda tələbə idmançıları daşıyan mikroavtobus Yenicəkent rayonu yaxınlığında idarəetmədən çıxaraq əkin sahəsinə aşıb.
Qəza nəticəsində 2 nəfər ölüb, 26 nəfər yaralanıb.
Qəza yerinə jandarma, polis, xilasetmə və təcili yardım qrupları cəlb edilib.
Yaralalıar ətrafdakı xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə
