Fransa parlamenti idman yarışlarında hicabın qadağan edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
E-huquq.az Fransa mətbuatına istinadən xəbər verir ki, parlamentdə idman yarışlarında hicab kimi dini mənsubiyyət simvollarının qadağan edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə edilib.
Senatda keçirilən səsvermədə qanun layihəsini 210 nəfər dəstəkləyib.
Qanun layihəsində ictimai idman obyektlərində kütləvi namaz qılınmasının qadağan edilməsi də nəzərdə tutulub.
Qanun layihəsi parlamentin aşağı palatasını təşkil edən Milli Assambleyada da müzakirəyə çıxarılacaq.
Şəbnəm Mehdizadə
