Məzmuna keç

İzmirdə şəhid məzarları dağıdılıb –

Türkiyənin İzmir şəhərində naməlum şəxslər tərəfindən qəbiristanlığa edilən hücumda 39 məzar dağıdılıb.

E-huquq.az “Ensonhaber”ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Çiğli rayonunda yerləşən Böyükçiğli qəbiristanlığında qeydə alınıb.

Hücum edənlərin hətta şəhidlərin məzarını da zədələdiyi müəyyən edilib.

Aidiyyəti qurumlar hücumdan sonra zərər görən məzarları müəyyənləşdirirək təmir edib

Humay Eminqızı