ABŞ-nin xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə gəlib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, onu ABŞ-nin Ukraynadakı səfiri Bridcet Brink qarşılayıb.
Rusiya-Ukrayna məsələsi ilə əlaqədar Kiyevə gələn xüsusi nümayəndə açıqlamasında deyib: "Biz dinləyəcəyik. Biz lazım olanı təmin etməyə hazırıq. Təhlükəsizliyə zəmanətin vacibliyini başa düşürük. Mənim missiyamın bir hissəsi dinləməkdir. Sonra ABŞ-a qayıdacağam və hər şeyi düzgün başa düşməyimizə əmin olmaq üçün prezident Trampla danışacağam".
O, həmçinin deyib ki, Donal Tramp o vaxt prezident olsaydı, müharibə başlamazdı: "O, insanların əziyyət çəkdiyini anlayır. Biz bunun bitməsini istəyirik".
Humay Eminqızı
