Məzmuna keç

İstanbulda məktəblər bağlandı

Türkiyənin İstanbul şəhərində məktəblər bağlanıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Meterologiya İdarəsinin məlumatına əsasən qarşıdakı günlərdə İstanbulda havanın temperaturu kəskin düşəcək.

Kəskin hava şəraiti ilə əlaqəli olaraq bəzi yollarda görüş məsafəsi azalıb, sürət həddi endirilib, dəniz və hava nəqliyyatının bəzi reysləri ləğv edilib.

Həmçinin bütün tədris müəssisələrində tədris prosesinə fasilə verilib.

İstanbul Valisi Davut Gül vətəndaşlara evdə qalmaqla bağlı çağırış edib.

Şəbnəm Mehdizadə