Avstraliyada ticarət mərkəzində 2 müsəlman qadına hücum edən qadın saxlanılıb.
E-huquq.az BBC-yə istinadən xəbər verir ki, fevralın 13-də Viktoriya ştatının Melburn şəhərindəki ticarət mərkəzində bir qadın 30 yaşlı hamilə qadına və digər 26 yaşlı qadına hücum edib.
Təcavüzkar qadının baş örtüyündən tutaraq onu boğmağa çalışıb, təxminən 10 dəqiqə sonra isə başqa bir qadını itələyərək vurmağa başlayıb.
Viktoriya polisi hücumçunun bu gün saxlanıldığını və onun qəsdən yaralama maddəsi ilə ittiham edildiyini açıqlayıb.
Avstraliyanın baş naziri Entoni Albanese jurnalistlərə verdiyi açıqlamada hücumu pisləyib.
Qeyd edək ki, Avstraliyada nifrət və terrorizm cinayətlərinə görə 1 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutan qanun fevralın 7-də qüvvəyə minib.
Şəbnəm Mehdizadə
