Məzmuna keç

Qəzzada ölənlərin sayı 48 297 nəfərə çatıb

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 48 297 nəfərə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, İsrailin son 24 saat ərzində həyata keçirdiyi hücumlarda 3 mülki vətəndaş həyatını itirib, 11 nəfər isə yaralanıb.

Daha əvvəl yaralanan bir nəfərin həyatını itirdiyi, dağıntılar altında qalanların axtarışları çərçivəsində daha iki mülki vətəndaşın cəsədinin tapıldığı bildirilib.

Son məlumatlara əsasən hücumlar nəticəsində ümumilikdə 111 min 733 nəfər yaralanıb.

Humay Eminqızı