Ekstremal hava hadisələri 400 faiz artıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sosial media səhifəsində paylaşılan məlumatda deyilir.
"İqlim dəyişikliyi səbəbindən son 50 ildə ekstremal hava hadisələri 400 faiz artıb", – deyə paylaşımda qeyd olunub.
Paylaşımda həmçinin iqlim böhranı və onun sağlamlığa təsiri ilə mübarizə aparmaq üçün birlikdə hərəkət etməyə çağırış edilib.
Şəbnəm Mehdizadə
