Məzmuna keç

Yaponiyada güclü meşə yanğını: əhali təxliyyə edilir

Yaponiyada meşə yanğınları ilə bağlı təxliyə işlərinə başlanılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın İvate əyalətinin Ofunato şəhərində dünən başlayan meşə yanğını ilə əlaqədar olaraq 2 min nəfər təxliyyə olunub.

Yanğın nəticəsində 600 hektar ərazi külə olub.

Ərazidə aparılan işlər zamanı yanmış 1 meyit aşkar edilib.

Rəsmilər yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyini bildirib.

Humay Eminqızı