Məzmuna keç

Hakan Fidan Lavrovla Ukraynadakı vəziyyəti müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukraynadakı vəziyyəti müzakirə edib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Martın 1-də xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb. Rusiya-Ukrayna münaqişəsi kontekstində son hadisələr müzakirə olunub", – məlumatda bildirilib.