Məzmuna keç

Turist avtobusu aşıb, 37 nəfər yaralanıb

Türkiyənin Çanaqqala şəhərində turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 37 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunanıstandan İzmirə qayıdan avtobus Güneyli kəndi yaxınlığında idarəetmədən çıxaraq aşıb.

Avtobusda olan 42 sərnişindən 37-si xəsarət alıb.

Bölgəyə xilasetmə, jandarma, polis və təcili yardım qrupları qrupları cəlb edilib.

Yaralılar Gelibolu Dövlət Xəstəxanasına və Çanaqqala Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə