Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkidən ölənlərin sayı 81-ə yüksəlib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğu saxta spirtli içki istehsal edən şəxslərlə bağlı araşdırmaları davam etdirir.
Aaparılan istintaq tədbirləri zamanı şübhəli bilinən 36 nəfər həbs edilib, 41 nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Humay Eminqızı
